21 Mart 2022 15:29
535
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Son günlər ölkə ərazisində soyuq və qarlı hava şəraiti ilə əlaqədar təbii qaz istehlakçılarının qaza olan təlabatının tam ödənilməsi üçün "Azəriqaz" İB-nin qaz təchizatı şəbəkəsinə qəbul olunan təbii qazın həcmi artırılıb".

Teleqraf.com xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bildirib.

Onun sözlərinə görə, ötən gün martın 20-də qaz təchizatı şəbəkəsinə 42 milyon kubmetr həcmdə təbii qaz qəbul olunub ki, bunun da 33 milyon kubmetri əhali, 9 milyon kubmetri isə sənaye xətləri üzrədir: “Müqayisə üçün göstərmək olar ki, ümumi şəbəkə üzrə qəbul 2021-ci ilin 20 mart tarixində qəbul olunan qaz həcmindən 13,5 milyon kubmetr artıqdır. Bu da əhali xətləri üzrə 8,5 milyon kubmetr, sənaye xətləri üzrə 5 milyon kubmetr artım deməkdir”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər