4 May 2022 17:25
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azəriqaz” İstehsalat Birliyinin rəhbər şəxslərinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü Suraxanı rayonunda təşkil olunacaq.

Bu barədə Teleqraf.com-a İstehsalat Birliyindən məlumat verilib.

"Azəriqaz" İB-nin rəhbər şəxsləri Suraxanı rayonu, Hövsan şosesi, Ticarət mərkəzinin qarşısında baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar. “Səyyar qəbul otağı” mayın 5-də saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər