10 May 2022 12:18
1 007
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya hökuməti Ukraynadakı müharibəyə görə Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların sırasına neft idxalını da əlavə etməyi planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bunu Yaponiyanın baş naziri Fumio Kişida mətbuat konfransında elan edib.

Baş nazir G-7 ölkələri ilə həmrəylik çərçivəsində Rusiya neftinin idxalına qadağa qoyacaqlarını bildirib: "Bu, çox çətin bir qərardır, lakin hazırda ən vacibi G-7 ölkələri ilə həmrəylikdir. Rusiya Uzaq Şərq bölgəsindəki neft və qaz layihələrində Yaponiyanın maraqlarını qoruyacaq. “Saxalin-1” və “Saxalin-2” layihələri Yaponiyanın enerji təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb edir. Rusiyadan neft idxalını mərhələ-mərhələ dayandıracağıq”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər