30 May 2022 21:06
978
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kriptovalyutalara pərəstiş etmirəm və heç bir rəqəmsal valyutaya sahib deyiləm. Bu investisiya vasitələrinin cəmiyyətə töhfə vermədiyini düşünürəm”.

Teleqraf.com xəbər verir ki, bunu “Microsoft”un qurucusu Bill Qeyts deyib.

125 milyard dollarlıq sərvətlə dünyanın dördüncü ən varlı adamı olan Bill Qeytsin sözlərinə görə, o, sərmayəni dəyərli nəticələri olan şeylərə yatırmağı xoşlayır: “Şirkətlərin dəyəri onların necə gözəl məhsul istehsal etməsindən asılıdır. Kriptonun dəyəri, başqasının onun üçün ödəyəcəyi dəyər qədərdir, buna görə də digər investisiyalar kimi cəmiyyətə töhfə vermir”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər