Londonun "ICE" birjasında "Brent" markalı neftin avqust fyuçerslərinin qiyməti 1,71 faiz artaraq bir barel üçün 117,54 dollara çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ticarət platformasından məlumat verilib.
Məlumata əsasən, "WTI" markalı neftin qiyməti 1,58 faiz artaraq 116,89 dollar/barelə çatıb.
Sonuncu dəfə "Brent" markalı neftin qiyməti martın 25-də bir barrel üçün 117 dollar səviyyəsində olub.