2 İyun 2022 01:16
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu günlərdə bir çox ölkələrdə aclıq təhlükəsinə diqqət yetiririk. Dünya iqtisadiyyatında izlənilən yavaşlamanın daha dərin olacağını düşünürük”.

Teleqraf.com xəbər verir ki, bunu Dünya Bankının baş iqtisadçısı Ayxan Kösə deyib.

O, dünya iqtisadiyyatının çətin bir dövrdən keçdiyinə diqqət çəkib: “Yüksək borc ehtiyatı və xarici valyuta borcu olan ölkələr üçün borc xərcləri bir qədər də artacaq. Ümumilikdə kənd təsərrüfatı məhsullarında artım rekord həddə çatıb. Bir çox ölkələr buğda və digər kənd təsərrüfatı məhsullarının alınmasında Rusiya və Ukraynadan asılıdır”.

Analitik Dünya Bankı üçün qarşıdakı 15 ayda 170 milyard dollarlıq bir paketi masaya qoyduqlarını da qeyd edib: “Bu paketi çox tez bir zamanda ehtiyacı olan ölkələrə yardım şəklində, aşağı faizli kreditlər formasında verəcəyik. Bir çox ölkələrin aclıq və borcla bərabər, iqlim böhranından qaynaqlanan problemləri də var”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər