23 Avqust 2022 14:43
820
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Enerji qiymətlərinin artması səbəbindən qarşıdakı 5-10 qış çətin keçəcək”.

Teleqraf.com xəbər verir ki, bunu Belçikanın Baş naziri Aleksandr de Kroo deyib.

Baş naziri artan enerji xərclərinin Belçika üçün uzunmüddətli iqtisadi çətinlik yaratdığını bildirib:

“Ölkəmizin bu çətinliklərin öhdəsindən gələcəyinə inanıram. Avropada çox çətin vəziyyət hökm sürür. Enerji qiymətlərinin artması səbəbindən bəzi sektorlar ciddi problemlərlə üzləşib. Vəziyyəti yaxından izləyirik, ən pis varianta hazır olmaq lazımdır”.

Qeyd edək ki, Belçika iqtisadiyyatı, xüsusilə enerjidən intensiv istifadə edən sektorlar da artan enerji qiymətlərindən təsirlənib. Bəzi sektorlarda istehsal gücü yarıya qədər azalıb. Ölkədəki təbii qazın təxminən dörddə biri sənaye obyektlərində istifadə olunur.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər