OPEC+ texniki komitəsinin oktyabrın 4-nə planlaşdırılan iclası ləğv edilib.
Teleqraf.com xəbər verir ki, qərarın səbəbi açıqlanmayıb.
Qeyd edək ki, OPEC alyans ölkələri nümayəndələrinin 2020-ci ilin martından bəri ilk dəfə oktyabrın 5-də təşkilatın Vyanadakı mənzil-qərargahında üzbəüz görüş keçirəcəyini bildirib. Əvvəlcə monitorinq komitəsinin iclası, daha sonra isə nazirlərin iclası nəzərdə tutulub.
İddialara görə, OPEC+ ölkələri neft hasilatını sutkada 1 milyon bareldən çox azaltmağı nəzərdən keçirir.