9 Dekabr 2014 13:16
845
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva birjasında dolların məzənnəsi 48 qəpik qalxaraq 54,22 rubla, avronun məzənnəsi 66,84 rubla yüksəlib.

Publika.az xəbər verir ki, rublun ucuzlaşması neftin kotirovka qiymətinin düşməsi fonunda baş verib. Neftin 2015-ci ilin yanvarına olan “fyuçə” müqavilələrində Brent tipli neftin qiyməti 65 dollardan götürülüb. Dünən isə Brent tipli neft 67 dollar təşkil edib. Ekspertlər neftin 50 dollara qədər ucuzlaşacağını bildirirlər. Bu da o deməkdir ki, rublu xoş günlər gözləmir.

Qeyd edək ki, təkcə noyabr ayında rublun real effektiv kursunun xarici valyutalara nəzərən 8,3 faiz ucuzlaşıb. Yanvar-noyabr ayı üzrə bu rəqəm 16,1 faiz təşkil edib. On bir ayda rublun real effektiv kursu dollara nisbətən 23,4 faiz, avroya nisbətən isə 15,1 faiz düşüb. Noyabrda rubl dollara qarşı 9,8, avroya qarşı 8,4 faiz zəifləyib. Onu da qeyd edək ki, rublun sürətlə dəyərsizləşməsi aylıq fasilədən sonra Rusiya Mərkəzi Bankının yenidən bazara müdaxilə etmək məcburiyyətində qoydu. Bank təkcə dekabrın ilk 4 günündə ümumilikdə 2,6 milyard dollar həcmində intervensiya reallaşdırıb. Dekabrın 2-si 700 milyon dollar, dekabrın 4-ü isə 1,9 milyard dollar buraxılıb. Beləliklə, 2014-cü ildə Mərkəzi Bankın rublun müdafiəsi üçün bazarda satdığı dolların həcmi 74 milyard 378 milyona çatıb.


Müəllif:

Oxşar xəbərlər