28 Dekabr 2022 14:23
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

2022-ci ilin ilk 9 ayında Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə Rusiya arasında qeyri-neft ticarətinin həcmi 57 faiz artaraq 5,5 milyard dollara çatıb.

Teleqraf.com xəbər verir ki, bunu BƏƏ-nin Xarici Ticarət üzrə Dövlət Naziri Sani bin Əhməd əz-Zeyudi deyib.

Cari ilin statistikasını açıqlayan nazir, keçən ilin eyni dövründəki ticarət həcmi barədə məlumat verməyib.

Rəsmi məlumatlara görə, Rusiyanın ən böyük Körfəz ticarət tərəfdaşı sayılan BƏƏ bazarında 4000-dən çox rus şirkəti var.

Ukraynada davam edən müharibəyə görə Qərb dövlətlərinin Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etdiyi bir vaxtda bu ölkə ilə BƏƏ arasında ticarət dövriyyəsinin artması diqqət çəkib.


Müəllif: Yeganə Oqtayqızı