1 Fevral 2023 11:00
1 290
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu gün Milli Məclisdə Mülki Məcəllənin “Borc” qanun layihəsinə birinci oxunuşda baxılacaq. Layihə məcəllənin “Borc” adlı 37-ci fəslini tamamilə dəyişdirir”.

Teleqraf.com xəbər verir ki, bunu bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov deyib.

Onun sözlərinə görə, qanuna dəyişiklik nəticəsində borcalanların hüquqları daha yaxşı qorunacaq: "Bu qanun layihəsini 2014-cü ildə GİZ-in təşəbbüsü ilə alman professoru Piter Krebsinlə birgə hazırlamışıq. Hələ 9 il əvvəl dövlət orqanları tərəfindən əsasən müsbət qarşılansa da, Mərkəzi Bankın o zamankı rəhbərliyi və bankların əksəriyyəti layihənin qəbul olunmasına imkan verməmişdi. Halbuki bütövlükdə bankların da maraqları nəzərə alınmışdı.

Layihə Mülki Məcəllənin “Borc” adlı 37-ci fəslini tamamilə dəyişdirir. Fəslin həcmi 6 dəfə artacaq. Ən əsası isə borc və kredit münasibətləri həm borcverənlərin, həm borcalanların, həm də bütövlükdə cəmiyyətimizin maraqları baxımdan daha dolğun və ədalətli tənzimlənəcək.

Yanaşmama görə, fəsil bundan sonra 3 paraqrafdan ibarət olacaq: borc müqaviləsi; kredit müqaviləsi; istehlak krediti müqaviləsi. Sonuncu paraqraf xüsusilə böyük əhəmiyyətə malikdir. Nəhayət ki, Azərbaycanda istehlak kreditləri ayrıca tənzimlənəcək və vətəndaşların hüquqları daha yaxşı qorunacaq".

Əkrəm Həsənov deyir ki, yenicə dərc olunmuş layihəylə ilkin baxışda tanış olub: “Əsasən Krebsinlə mənim ilkin məramlarımız və yanaşmamız qorunub saxlanılıb. İlkin layihənin forması saxlanılıb, 37-ci fəslə aid olmayan bəzi maddələr də dəyişdirilir, amma bunun mətləbə aidiyyəti yoxdur. Məzmun baxımdan mövcud layihədə fərqlər var. Onların bəzisini bir neçə il əvvəl Ədliyyə Nazirliyi nəzərimə çatdırmışdı, Krebsin iştirakı olmadan mən də fikirlərimi bildirmişdi. Layihədə bəzi yeniliklər var. İlkin layihədə olmuş bəzi müddəalar isə, əksinə, çıxarılıb.

Hər halda bu layihənin qəbul edilməsi ölkəmiz, iqtisadiyyatımız, bank sistemimiz üçün çox mütərəqqi addım olacaq".


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər