“Türkiyə hələ də investisiya üçün əlverişli yerdir. Biz buna inanırıq”.
Teleqraf.com xəbər verir ki, bunu “Mobius Capital Partners” şirkətinin qurucusu 86 yaşlı amerikalı investor Mark Mobius deyib.
İnvestor Türkiyədə sərmayələrinin olduğunu xatırladıb: “Türklər çox çevikdirlər, bütün bu fəlakətlərə və problemlərə çox yaxşı uyğunlaşa bilirlər. Bunu dəfələrlə görmüşük. İş adamları da çox ağıllıdırlar. Onlar hətta yüksək inflyasiyaya və zəif valyutaya uyğunlaşa bilirlər. Ona görə də Türkiyədə investisiyaların olması bizi heç də qorxutmur”.
Mobius düşünür ki, Prezident Rəcəb Tayyib Ərdoğan tez bir zamanda hərəkətə keçəcək: “Prezident xüsusilə qarşıdan gələn seçkiləri nəzərə alaraq, zəlzələ zonalarında bu insanlara kömək etmək və problemləri həll etmək qabiliyyətinə malik olduğunu nümayiş etdirəcək. Türkiyədə əsas siyasi məsələ müxalifətin özünə gələ bilməməsidir. Problem budur. Əgər bütün müxalifət birləşib cəbhə göstərə bilsəydi, vəziyyət dəyişərdi. Amma indiki halda belə görünmür”.