1 Mart 2023 17:57
745
12 Punto 14 Punto 16 Punto 18 Punto

SOCAR “Azəriqaz” İB-nin həyata keçirdiyi “Açıq mikrofon” aksiyasının növbəti ünvanı Gəncə şəhəri olub.

Teleqraf.com xəbər verir ki, ölkənin 2-ci böyük şəhərində fəaliyyət göstərən sahibkarlarla görüşdə ilk olaraq Birliyin Abonent bazasına xidmət şöbəsinin rəis müavini Vüqar Səmədov çıxış edib.

Qurum rəsmisi bölgələrdəki sahibkarlıq subyektlərinin qaz təchizatında üzləşdiyi problemlərin minimuma endirilməsi baxımından bu cür layihələrin müsbət tərəflərindən söz açıb. Mikrofon önünə keçən KOBİA nümayəndəsi də SOCAR "Azəriqaz" İB ilə birgə keçirilən aksiyanı təqdirəlayiq hesab edib.

"Səyyar qəbul otağı"na təşrif buyuran 10-a yaxın sahibkar qaz təchizatında üzləşdiyi problemlərdən keçmiş zamanda danışaraq ölkə başçısına və SOCAR rəhbərliyinə minnətdarlıqlarını ünvanlayıblar.

Sahibkarlar onlara göstərilən dəstəyin və edilən güzəştlərin bundan sonra da davam edəcəyinə inandıqlarını bildiriblər. Gəncə RQİİ-nin rəhbər şəxsləri səslənən problem və təkliflərin aidiyyəti üzrə yönləndiriləcəyini qeyd ediblər.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər