12 Mart 2023 00:13
1 216
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Mərkəzi Bankı (AMB) iyul ayına qədər faiz dərəcələrini 4 dəfə artıraraq 3,75 faizə çatdıracaq.

Teleqraf.com-un məlumatına görə, bunu “Bloomberg”in sorğusuna qatılan iqtisadçılar proqnozlaşdırıblar.

Analitiklərin fikrincə, AMB bu yolla inflyasiya ilə mübarizəni sürətləndirəcək.

Anketə qatılan iqtisadçıların qənaətinəcə, AMB-nin 2,5 faiz səviyyəsində saxladığı overnayt (hüquqi şəxsin qısamüddətli əmanət növü) depozit faizini gələn həftə keçiriləcək iclasda 50 baza bəndi artacaq.

Bu görüşdən sonra keçiriləcək hər toplantıda 25 baza bəndlik faiz artımı ilə iyul ayında gecəlik depozit faizinin 3,75 faizə yüksəldilməsi gözlənilir.


Müəllif: Yeganə Oqtayqızı