“İraq hələ də Türkiyənin BOTAŞ şirkətindən Kərkük-Ceyhan xəttindən neft nəqlinin bərpası tələbinə cavab almayıb”.
Teleqraf.com xəbər verir ki, bunu İraqın neft naziri Hayyan Əbdülqəni deyib.
Nazir Kərkük-Ceyhan xam neft boru kəmərindən neft nəqlinin bu gündən sutkada 500 min barel səviyyəsindən başlayacağını gözlədiklərini bildirib.
Məlumat üçün qeyd edək ki, İraq 2014-cü ildə Türkiyəyə İraqın Şimalındakı Kürd Administrasiyası ilə neft nəqlinin icazəsiz olması əsası ilə təzminat davası açıb. Beynəlxalq Ticarət Palatası Arbitraj Məhkəməsi (ICC) qarşısında neftin nəqli ilə bağlı Türkiyə ilə İraq arasında olan çəkişmədə İraqın beş iddiasından dördü rədd edilib.
Ötən ay İraq Neft Nazirliyinin Türkiyəyə qarşı təzminat tələbi ilə bağlı qaldırdığı məhkəmə yekunlaşıb. Məhkəmənin Türkiyənin İraqa təzminat ödəməsi barədə qərar verdiyi bildirilib.
Lakin sonradan Türkiyənin Energetika və Təbii Sərvətlər naziri Fatih Dönməz Türkiyənin İraqa təzminat ödəyəcəyinə dair iddiaları təkzib edib.