8 Yanvar 2015 16:36
906
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kompleks Qazma İşləri Tresti “Pirallahı adası-quru” və ”Çahandar-Zarat” yataqlarında 2 yeni quyuda qazma işlərinə başlayıb.

Teleqraf.com ARDNŞ-nin saytına istinadən məlumat verir ki, “Abşeronneft” NQÇİ-nin sifarişi ilə “Pirallahı adası-quru” yatağında Qirməki Altı Lay Dəstəsinə qazılan 1179 nömrəli quyunun layihə dərinliyi 910 metrdir.

“Siyəzənneft” NQÇİ-nin sifarişi ilə ”Çahandar-Zarat” yatağında Maykop Lay Dəstəsinə qazılan 1787 nömrəli quyunun layihə dərinliyi isə 1250 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyuların hər birindən sutkada 4 ton neft hasil ediləcəyi nəzərdə tutulur.


Müəllif:

Oxşar xəbərlər