2 Avqust 2023 11:36
775
12 Punto 14 Punto 16 Punto 18 Punto

"AS İstehsal" MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib və bununla da, Parkın rezidentlərinin sayı 19-a çatıb.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tviter hesabında bildirib.

"Şirkət Parkın ərazisində investisiya dəyəri 5,4 milyon manat olacaq inşaat materialları istehsalı kompleksi yaradacaq və 95 nəfəri işlə təmin edəcək", - deyə o qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər