20 Avqust 2023 15:47
621
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) Sakit okeanın cənub-qərbində iqlim dəyişikliyi təsirlərinin artdığını və bu prosesin regiona sosial-iqtisadi ziyan vurduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, məlumat Ümumdünya Ticarət Təşkilatının “Cənub-qərbi Sakit Okeanın iqlim vəziyyəti 2022” adlı hesabatında dərc edilib.

“Dəniz səviyyəsinin qalxması alçaq adaların gələcəyini təhdid edir, eyni zamanda, okean istiliyinin artması və turşulaşma həyati və həssas dəniz ekosistemlərinə zərər verir”, - deyə hesabatda bildirilib.

Həmçinin hesabatda qeyd olunub ki, bu ekstremal təbiət hadisələri regionda kənd təsərrüfatı kimi əsas sektorları risklər altında qoyur.

Üç ildən artıqdır davam edən “La Nina” iqlim hadisəsinin temperaturlara təsirinə diqqət çəkən hesabatda, “La Nina”nın müvəqqəti soyutma təsirinə baxmayaraq, bu il bölgə üçün isti bir il olub. 2022-ci ildəki orta istilik temperaturu 2011-ci ildəki son güclü “La Nina” iqlim hadisəsindən 0, 2-0,3 dərəcə daha yüksək olub.

Hesabatda qeyd olunub ki, ötən il Sakit okeanın cənub-qərbində 2021-ci illə müqayisədə sözügedən iqlim hadisəsinin sayında azalma müşahidə edilsə də, onların yaratdığı iqtisadi itkilər artıb: “Daşqınların vurduğu iqtisadi zərərin dəyəri 8,5 milyard dollar təşkil edib ki, bu da bir il əvvəlkindən təxminən üç dəfə çoxdur. Zərərlərin böyük hissəsi Avstraliyada baş verən bir sıra daşqın hadisələri ilə əlaqələndirilə bilər”.

Hesabatda Megi və Nalgea tayfunlarının Filippində dağıdıcı daşqınlara səbəb olduğuna da diqqət çəkilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər