Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Cənubi Qafqaz ölkələri üzrə yeni direktor və regional rəhbər təyin edib.
Teleqraf.com xəbər verir ki, AYİB-in qərargahı Tbilisidə yerləşir və yeni nümayəndə Alkis Vryenios Drakinos artıq fəaliyyətə başlayıb.
A.V.Drakinosun əsas vəzifəsi AYİB-in hər bir ölkənin strategiyasına uyğun olaraq, Azərbaycan, Ermənistan və Gürcüstan iqtisadiyyatını daha da inkişaf etdirmək üçün hökumət orqanları və bazar iştirakçıları ilə sıx əməkdaşlıq etmək, investisiyalar, islahatlar üçün siyasi dialoqu, kiçik biznesin maliyyələşdirilməsi və məsləhət xidmətləri vasitəsilə özəl sektorun və əsas infrastrukturun inkişafına dəstək verməklə, bankın bu üç ölkədəki əməliyyatlarına rəhbərlik etməkdir.