"Fitch” beynəlxalq reytinq agentliyi İsrailin "A+" olan kredit reytinqini mənfi proqnozlaşdırır.
Teleqraf.com xəbər verir ki, proqnozun “mənfi” olmasına səbəb İsrail-Fələstin münaqişəsidir.
Agentliyə görə, İsrail-Fələstin münaqişəsindən qaynaqlanan geosiyasi risklər İsrailin uzunmüddətli yerli və xarici valyutada kredit reytinqini mənfi monitorinq üzərində qurulmasına təsir edib.
Monitorinq hazırkı münaqişənin genişlənərək uzun müddət ərzində çoxsaylı aktorların iştirakı ilə genişmiqyaslı hərbi münaqişələrə çevrilməsi riskini və münaqişəyə regiondakı digər təşkilat və dövlətlərin də cəlb oluna biləcəyini əks etdirir.
Vurğulanıb ki, münaqişənin genişlənməsi hərbi xərclərə, infrastrukturun məhvinə, istehlakçı və investisiya inamında davamlı dəyişikliyə yol aça bilər.
İqtisadiyyata və dövlət maliyyəsinə maddi və uzunmüddətli təsir göstərəcək münaqişənin genişlənməsi ölkənin kredit reytinqinin aşağı düşməsinə səbəb ola bilər. Münaqişənin azalmasının ölkənin reytinqinə müsbət təsir göstərəcəyi də qeyd olunub.