4 Noyabr 2023 20:29
1 720
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uzun illər ərzində Azərbaycan ilə Almaniya arasında ticarət, enerji, kənd təsərrüfatı, qarşılıqlı sərmayələrin qoyulması, infrastruktur layihələrində qarşılıqlı iştirak sahələrində əlaqələr uğurla inkişaf edir”.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbokla birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycanda 200-dən artıq alman şirkəti fəaliyyət göstərir və onlar müxtəlif sahələrdə layihələrin həyata keçirilməsinə cəlb olunublar: "Almaniya şirkətləri Azərbaycana 810 milyon ABŞ dolları həcmində investisiya qoyub.

Almaniyanın Cənubi Qafqaz ölkələri ilə olan ticarətinin 70 faizi Azərbaycanın payına düşür. 2022-ci ildə ölkələrimiz arasında qarşılıqlı ticarət dövriyyəsi 1,3 milyard ABŞ dolları olub. 2023-cü ilin ilk doqquz ayının nəticələrini olduqca müsbət qiymətləndirmək olar. İlk 9 ay ərzində ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 60 faiz artıb”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər