15 Noyabr 2023 19:49
1 554
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiya və Azərbaycan 2023-cü ilin sonuna kimi Rəşt-Astara dəmir yolu hissəsinin tikintisinə dair saziş imzalamalıdırlar".

Teleqraf.com xəbər verir ki, bunu "Nəqliyyat həftəsi" forumunun plenar iclasında Rusiya Federasiyası Baş nazirinin birinci müavini Andrey Belousov deyib.

“Bu ilin sonuna kimi biz Azərbaycanla da analoji saziş imzalamalıyıq. 2028-ci ildən isə bu marşrut yük daşımalarında əlavə artımla tam istifadəyə veriləcək. Yükdaşımalarının əlavə artımı başlanğıc üçün ildə 15 milyon ton yük nəzərdə tutulub. Bunlar kifayət qədər iddialı planlardır, həyata keçirilir”, - o bildirib.

O vurğulayıb ki, hazırda “Şimal-Cənub” nəqliyyat dəhlizində üçtərəfli (Rusiya, İran, Azərbaycan) beynəlxalq operatorun yaradılması ideyası müzakirə olunur.

Bizim Telegram kanalımıza abunə olun


Müəllif: Teleqraf.com