16 Noyabr 2023 12:34
2 989
12 Punto 14 Punto 16 Punto 18 Punto

CASCA+ beynəlxalq multimodal nəqliyyat-tranzit marşrutunun (Mərkəzi Asiya-Cənubi Qafqaz-Türkiyə) iştirakçısı olan ölkələrin dəmir yolu idarələrinin rəhbərləri Aşqabadda yükdaşımaların artırılması məsələlərini müzakirə ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Neytralnıy Turkmenistan” rəsmi qəzeti məlumat yayıb.

Məsləhətləşmədə Azərbaycan, Gürcüstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Türkmənistanın nazirlik və qurumlarının, habelə logistika şirkətlərinin və müəssisələrinin nümayəndə heyətləri iştirak ediblər.

Məlumatda bildirilir ki, iki dənizdən və bir çox ölkələrin ərazisindən keçən multimodal magistrallar bu dəhlizin imkanlarından səmərəli istifadə etməyə imkan verir. Marşrut 2019-cu ildə istifadəyə verilib, onunla 30 minə yaxın konteyner daşınıb. Tədbir iştirakçıları deyiblər ki, qarşıya qoyulan məqsəd cari ildə daşımaların həcmini 30 min konteynerə çatdırmaqdır. Onların fikrincə, bu, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə daşımaların aktivləşməsinə töhfə verəcək.

CASCA+ xətti 2019-cu ildə Asiya-Sakit Okean regionu ölkələri-Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa beynəlxalq multimodal marşrutu əsasında yaradılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər