“Monqolustandan keçəcək “Sibirin Gücü 2” boru kəməri layihəsi üzərində iş davam edir. Nəticədə Rusiyanın Çinə ümumi təbii qaz nəqlinin həcmi təxminən 100 milyard kubmetrə çatacaq”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak deyib.
O, “Sibirin Gücü 2” boru kəmərinin 38 milyard kubmetr tutumlu olduğunu bildirib: “Bu gücə 2025-ci ildə çatacağıq. Bu ildən etibarən Rusiya qazının Çinə nəqlini 22 milyard kubmetr həcmə çatmağı planlaşdırırıq”.
Novak Rusiyanın yanacaq-energetika sektorunda texniki avadanlıq idxalına xaricdən asılılığı azaltdıqlarına diqqət çəkib: “Texnoloji suverenlikdən danışmaq istərdim. Biz bunu yanacaq və enerji sektorunda effektiv şəkildə əldə edirik. Son 10 ildə biz sənayenin idxaldan asılılığını 67 faizdən 38 faizə endirə bilmişik”.