SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin sahibkarlarla növbəti görüşü noyabrın 29-da Şəmkir rayonunda keçiriləcək.
Bu barədə Teleqraf.com-a “Azəriqaz”dan məlumat verilib.
Bildirilib ki, “Azəriqaz”ın İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Şəmkir rayonunda görüşü təşkil olunacaq.
Aksiya Əliyaqublu kəndində (İcra nümayəndəliyinin qarşısı) baş tutacaq. “Səyyar qəbul otağı” saat 15:00-dan 16:00-a qədər sahibkarların xidmətində olacaq.
İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.