İraq 2024-cü ildə ölkəyə neft məhsullarının idxalını tamamilə dayandırmağı planlaşdırır.
Teleqraf.com xəbər verir ki, bu barədə İraqın Neft Nazirliyinin rəsmi nümayəndəsi Asem Cihad bildirib.
“2024-cü ildə İraq daha çox yerli istehsala əsaslanacaq və bir sıra neft emalı zavodları istehsala başladıqdan sonra idxalda azalma olacaq”, - deyə nümayəndə bildirib.
Qeyd edək ki, İraq hazırda dünyada təsdiqlənmiş neft ehtiyatlarına görə ikinci yerdədir (112 milyard barel).