23 Yanvar 2015 01:36
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Mərkəzi Bankının başçısı Mario Draqi 1 trilyon avro həcmində aktiv alınması üzrə proqramı elan edib. Bu məbləğ gözlənilənlərdən iki dəfə artıqdır.

Teleqraf.com-un məlumatına görə, Avropa Mərkəzi Bankı aktivlərin alınması üzrə proqrama 2015-ci ilin mart ayında start verəcək. Tənzimləyici 18 ay ərzində 1,08 trilyon avro həcmində dövlət istiqraz vərəqələri almaq niyyətindədir. Bu da o deməkdir ki, Avropanın bank sisteminə hər ay 60 milyard avro əlavə olunacaq.

Mərkəzi bank aktivlərin alınması üzrə proqramını elan etdikdən dərhal sonra Avropa valyutası ucuzlaşmağa başlayıb. Belə ki, elə ilk dəqiqələrdən avronun məzənnəsi dollara nisbətdə demək olar ki, 1 faiz ucuzlaşaraq 1,1495 dollara enib. Bu, son 9 ildə ən aşağı göstəricidir.


Müəllif:

Oxşar xəbərlər