23 May 12:26
1 238
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın xarici dövlət borcunun 5 milyard ABŞ dolları artırılması imkanları nəzərdən keçirilir.

Teleqraf.com xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "2023-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

"Bununla əlaqədar xarici dövlət borcunun təxminən 10 milyard dollar səviyyəsinə qədər artırılması nəzərdən keçirilir", - nazir deyib.

Qeyd edək ki, bu il aprelin 1-nə ölkənin xarici dövlət borcu 5 milyard 507,3 milyon ABŞ dolları ekvivalentində olub.


Müəllif: Teleqraf.com