18 İyul 23:16
1 249
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misirin Süveyş kanalından illik gəlirləri 23,5 faiz azalaraq 7,2 milyard dollar oldub.

Teleqraf.com xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Süveyş Kanalı Administrasiyasının rəhbəri açıqlama verib.

Usamə Rabi açıqlamasında bildirib ki, 2022-2023 maliyyə ilində Süveyş kanalından 25 min 911 gəmi keçib. Onlar ümumilikdə 1,5 milyard ton yük daşıyıblar. Bu daşımalardan 9,4 milyard dollar gəlir əldə edilib. Ancaq 2023-2024 maliyyə ilində kanaldan 20 min 148 gəminin keçib və cəmisi 7,2 milyard dollar gəlir əldə edilib.

Qeyd edilir ki, Yəməndə İranın dəstəklədiyi husilər 31 oktyabr 2023-cü il tarixindən etibarən İsrailin Qəzzaya hücumlarına reaksiya olaraq İsrail şirkətlərinə bağlı ticarət gəmilərini ələ keçirir və bəzilərinə raketlərlə hücumlar təşkil edir.

Husilərin hərəkətlərinə görə bir çox gəmiçilik şirkəti Qırmızı dənizdəki səyahətlərini dayandırmaq qərarına gəlib.


Müəllif: Arzu

Oxşar xəbərlər