09:09
12 Punto 14 Punto 16 Punto 18 Punto

2024-cü ildə operativ məlumatlara əsasən, Azərbaycanda neft-kondensat hasilatı 29,1 milyon ton, ixrac isə 24,4 milyon ton olub.

Teleqraf.com xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

Bu, 2023-cü il ilə müqayisədə 1.1 milyon ton azdır.

Nazir bildirib ki, ötən il 2023-cü illə müqayisədə 2 mlrd.m3 artımla 50,3 mlrd.m3 qaz hasil edilib. 25,2 mlrd.m3 qaz isə ixrac olunub.


Müəllif: Bəkir Nərimanoğlu

Oxşar xəbərlər