Ötən il Azərbaycanda inflyasiya 2.2 faiz təşkil edib.
Teleqraf.com Dövlət Statistika Komitəsinə sitinadən xəbər verir ki, 2024-cü ilin dekabr ayında istehlak qiymətləri indeksi 2023-cü ilin dekabr ayına nisbətən 4,9 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 5,5 faiz, qeyri-qida məhsulları üzrə 2,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 6,3 faiz təşkil edib.
2024-cü ilin dekabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1 faiz olub.