17 Mart 2015 18:42
1 107
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Məzənnə siyasətində ilin sonunadək ciddi dəyişiklik gözələnilmir”.

Bu barədə Milli Məclisdə Nazirlər Kabinetinin 2014-cü ildəki fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

O bildirib ki, neft qiymətləri çərçivəsində manatın məzənnəsində ciddi dəyişiklik gözləmir: “Lakin nəzərə alınacaq məsələ neftin qiyməti, partnyor ölkələrin münasibətidir. Partnyor ölkələrə qarşı bizim kifayət qədər ehtiyatımız var. Biz neftin qiymətini daim izləyirik. Yenə də səbət məzənnəsində qalırıq. Fundamental faktorlar dəyişərsə, biz bunu açıq şəkildə cəmiyyətə bəyan edəcəyik. Biz cəmiyyəti məlumatlandıracağıq ki, bizim məzənnə siyasətimizdə dəyişiklik olacaq. Bu, açıq siyasət olacaq”.

Nemət


Müəllif:

Oxşar xəbərlər