9 Oktyabr 2015 16:16
543
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Sosial Müdafiə Fondunun elektron xidmətlərindən istifadə sayı 2 dəfədən çox artıb, vətəndaş müraciətləri isə 27 faiz azalıb

2015-ci ilin yanvar-sentyabr aylarında Dövlət Sosial Müdafiə Fondunun öz saytı, “Elektron hökümət portalı” və “Elektron ödəniş portalı” vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 2 milyona yaxın istifadə sayı qeydə alınıb ki, bu da 2014-cü ilin müvafiq dövrünə nisbətən 2,2 dəfə çoxdur. Sığorta-pensiya sistemində növbəti iki elektron xidmətin təqdimat mərasimində Fondun sədr müavini Zakir Babayev bu barədə jurnalistlərə məlumat verib.

Z.Babayev qeyd edib ki, Dövlət Sosial Müdafiə Fondunda vətəndaşlarla işin səmərəliliyinin daha da artırılması, fəaliyyətinin avtomatlaşdırılması və maarifləndirmə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi nəticəsində 2015-ci ilin 9 ayı ərzində Fondun Aparatına vətəndaşlardan daxil olan müraciətlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 27 faiz azalıb.


Müəllif:

Oxşar xəbərlər