16 Noyabr 2015 18:25
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabr ayında mədənçıxarma sənayesi üzrə istehsalçı qiymətləri 1,6 faiz bahalaşıb.

Publika.az xəbər verir ki, emal sənayesi üzrə qiymətlər 0,8 faiz ucuzlaşıb. Su təchizatı, tullantıların təmizlənməsi və emalı, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələri üzrə isə qiymətlərdə dəyişiklik baş verməyib. Ümumilikdə, sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,2 faiz bahalaşıb.


Mədənçıxarma sənayesində istehsalçı qiymətləri xam neft üzrə 1,6 faiz bahalaşıb, digərlərinin qiymətləri isə sabit qalıb.

Ay ərzində emal sənayesində istehsalçı qiymətləri içki istehsalı üzrə 3,5 faiz, qida məhsullarının istehsalı üzrə 1,0 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 0,6 faiz, mebel istehsalı üzrə 0,2 faiz bahalaşıb. Kimya sənayesi üzrə 6,9 faiz, tikinti materiallarının istehsalı üzrə 2,1 faiz, neft məhsullarının istehsalı üzrə 1,5 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 0,7 faiz, tütün məmulatlarının istehsalı üzrə 0,1 faiz ucuzlaşıb. Emal sənayesinin digər fəaliyyət növləri üzrə istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.


Müəllif: