Elektron birjalarda WTI neftinin bir barelinin qiyməti 0,23 dollar artaraq 37,80 dollar təşkil edib.
Publika.az-ın məlumatına görə, "Brent" markalı neft də bahalaşıb. Neftin bir barelinin dəyəri 0,38 dollar artaraq 37,74 dollar olub.
Azərbaycan nefti də bahalaşıb. "AzeriLight" markalı neftin bir barelinin qiyməti 0,54 dollar və ya 1,46% artaraq 37,47 dollar təşkil edib.