10 Fevral 2016 20:41
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəzvin-Rəşt və Astara (İran) - Astara (Azərbaycan) dəmir yolu xətlərinin tikintisinə başlanılıb.

Trend-in məlumatına görə, bunu jurnalistlərə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.

Səfir bildirib ki, tikinti işləri sürətlə icra olunur.

Onun sözlərinə görə, 2016-cı ildə Astara-Astara dəmir yolu xəttinin, 2017-ci ildə isə Qəzvin-Rəşt xəttinin tikintisinin tamamlanması planlaşdırılır.

Səfir əlavə edib ki, bununla paralel olaraq Rəşt-Astara dəmir yolu xəttinin tikintisi həyata keçiriləcək.


Müəllif:

Oxşar xəbərlər