26 Fevral 2016 16:09
1 147
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Neft Daşları” yatağındakı 418A nömrəli estakadayanı meydançada 2617 nömrəli quyu qazmadan sonra istismara verilib.

Teleqraf.com SOCAR-ın saytına istinadən məlumat verir ki, Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılan quyu 978-967 metr intervaldan sutkalıq 11 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.


Müəllif:

Oxşar xəbərlər