15 Mart 2016 14:27
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

SOCAR dövlət büdcəsinə və DSMF-yə ödənişlərini açıqlayıb.

Şirkətin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, SOCAR 2016-cı ilin fevral ayında dövlət büdcəsinə 98 milyon 200 min manat vəsait ödəyib. Ümumiyyətlə, 2016-cı ilin yanvar-fevral aylarında büdcəyə 215 milyon 882 min manat vəsait ödənilib.

Bundan əlavə, cari ilin fevral ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 10 milyon 922 min manat vəsait köçürüb. 2016-cı ilin yanvar-fevral aylarında isə şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 21 milyon 50 min manat təşkil edib.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər