27 Aprel 2016 20:59
630
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan bankları xarici valyutada istehlak kreditlərinin verilməsinə moratoriumun tətbiqi ilə əlaqədar olaraq, kredit kartlarının satışını dayandırıb. Bunu Trend-ə Azərbaycan Banklar Assosiasiyasından deyiblər.

Assosiasiyadan bildiriblər ki, bu, xarici valyutada kredit kartları üzrə əməliyyatların istehlak kreditlər kateqoriyasına daxil olması ilə əlaqədardır. Bununla yanaşı, banklar moratoriumun tətbiqinədək (5 aprel) verilmiş kredit kartları üzrə əməliyyatları davam etdirirlər.

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarı ilə aprelin 5-dən banklar xarici valyutada istehlak kreditlərinin verilməsini 1 ay müddətinə dayandırıblar.


Müəllif:

Oxşar xəbərlər