26 May 2016 20:12
720
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 27-də “İpək yolu” Sahibkarlığın İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində “KOS EXPO 2016” sərgisi və “İqtisadi reformlar və universitet-sənaye əməkdaşlığı” adlı konfrans keçiriləcək.

Teleqraf.com xəbər verir ki, sərgi-konfransın əsas məqsədlərindən biri universitet–iş dünyası arasındakı münasibətlərin qurulmasında vasitəci olmaqdır. Nəzəriyyənin praktikada tətbiqi yolları, universitet və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlığın gücləndirilməsini, kadr hazırlığı işinin əmək bazarının tələblərinə uyğunlaşdırılmasını, elmi tədqiqat və ya araşdırma fəaliyyətlərinin sənayenin və real biznesin tələblərinə uyğunlaşdırılmasını, ölkədə və regionda innovativ mühitin formalaşdırılmasını və inkişafını, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləmək konfransın məqsədləri sırasındadır. Həmçinin qanunvericilikdə universitet-sənaye əməkdaşlığının səmərəli inkişafının tənzimlənməsi istiqamətində mexanizmlərin hazırlanmasını, mövzu əsasında xarici təcrübənin öyrəniləməsini, sahibkarlarla təhsil müəssisələrinin əməkdaşlığını inkişaf etdirmək, sahəvi əməkdaşlığı dəsətəkləmək də konfransın məqsədidir.

Konfrans iki paneldən ibarətdir. Birinci panelin mövzusu iqtisadi reformlar və ixracın artırılması yolları adlanır. Panelin moderatoru Qafqaz Universitetinin tədris işləri üzrə prorektoru Cihan Bulut olacaq. İkinci panelin mövzusu universitet-iş dünyası əməkdaşlığı və iqtisadi inkişaf üçün innovativ mühitin formalaşdırılması yolları adlanır. Moderatoru “İpək Yolu” SİDİB İdarə Heyətin üzvü Mədəd Rüstəmov adlanır.

Qeyd edək ki, Kiçik və Orta Sahibkarlıq sərgisində 70-ə yaxın sahibkar öz məhsullarını, onlara ayrılan stendlərdə nümayiş etdirəcəklər. Sərginin digər sərgilərdən fərqi bütün sahələri əhatə etməsidir. Sərgidə iştirak edən şirkətlər arasında karyera mərkəzi də var və CV-lər toplayacaqdır.

Konfransda İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Təhsil Nazirliyi, Prezident yanında Bilik Fondu,
Azərbaycan Dövlət İqtisad Universiteti, Qafqaz Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və s. nümayəndələrinin ekspert kimi yuxarıda qeyd olunmuş mövzularda çıxışları olacaq. Sərgi-konfransda iştirak pulsuzdur.

Səxavət


Müəllif:

Oxşar xəbərlər