Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi Akif Çovdarovun vaxtilə müğənni Şəbnəm Tovuzlunu MTN-ə çağırması ilə bağlı mediada xəbərlər yayılıb.
Məsələ ilə bağlı Şəbnəm Tovuzlunun özü ilə əlaqə saxladıq.
Müğənninin Teleqraf.com-a açıqlamasına görə, yayılan xəbərlər şayiədir: “İnsan qabağa gedəndə, həyat, yaşam tərzi gözəl olanda onu həzm edəb bilməyən insanlar ortaya çıxır. Onların mənə qarşı təxribatları baş tutmadı. Saytlar yazırlar, yazsınlar. Oruc tutmuşam və Allah hamının köməyi olsun. Mən ailəmlə xoşbəxtəm, hər şeyim var. Hər şey göz qabağındadır. Bu gün Şəbnəm gündəmdədir. Bu şayiəni yayan isə bir müğənnidir. O vaxt söz-söhbət olanda belə o ifaçının adını çəkmədim. Sadəcə onu yerində otuzdurdular. Mən heç vaxt MTN-ə çağrılmamışam və o xəbəri də həmin müğənni yaydırmışdı”.
Qeyd edək ki, ötən il müğənninin nazirliyə çağırılması ilə bağlı mətbuatda xəbərlər yayılmışdı. Xəbərdə xanım müğənninin MTN-ə aparılmasını Akif Çovdarovdan ona sponsorluq etmiş Famil adlı şəxsin xahiş etdiyi bildirilib.
Müğənnidən tələb ediblər ki, ona Famil adlı şəxsin bağışladığı mənzili geri qaytarsın.
Rəqsanə