10 İyun 2016 13:01
698
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni-bəstəkar Emin Ağalarovun təşkilatçılığı ilə Rusiyanın bir çox tanınmış müğənniləri “Jara” festivalında iştirak üçün Bakıya gələcəklər.


Teleqraf.com xəbər verir ki, Emin Ağalarov bu haqda “İnstagram”da məlumat verib və video paylaşıb.

Rusiyanın tanınmış müğənniləri Ani Lorak və Filip Kirkorov iyulun 9-10-da Bakıda “Sea Breeze” istirahət mərkəzində konsert proqramı ilə çıxış edəcəklər.

Emin Ağalarov festivalda bir çox sürprizlər olacağını qeyd edib.

Müğənni Ani Lorak festival haqqında təəssüratlarını bölüşüb: “Bakıda “Jara” festivalında iştirak edəcəm. Çox isti olacaq. Dostlarınızı və yaxınlarınızı dəvət edə bilərsiniz”. Filip Kirkorov da festivalda iştirak edəcəyini və tədbirin möhtəşəm olacağını qeyd edib.

Bakıda “Jara” musiqi festivalı iyulun 9-10-da baş tutacaq. Qonaqları arasında Valeriy Meladze, Nyuşa, Qriqoriy Leps, A-studio, Nikolay Baskov, Valeriya, Polina Qaqarina, Ani Lorak, EMİN, Slava, MBAND, Potap və Nastya, Burito, İrina Dubtsova, A-DESSA, Ciqan, Svetlana Loboda, Qlyukoza, IOWA və digərləri var.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər