19 İyun 2016 17:52
2 528
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Formula 1" yarışları üçün Azərbaycana gələn məşhur model Günay Musayeva Teleqraf.com-a müsahibə verib.

-Bakıda keçirilən "Formula 1" yarışması üçün Azərbaycana gəlmisiniz. İlkin təəssüratlarınızı bilmək maraqlı olardı.

- Bəli, vətənimə bu dəfəki gəlişim "Formula 1" yarışması ilə bağlıdır. İnsanlar yarışı izləmək üçün, uzaq ölkələrə, Monakoya gedirlər. Ayağımıza gəlmişkən biz niyə yarışı izləməyək? Eləcə də "Formula 1" ölkəmizin tanınması üçün xüsusi əhəmiyyət daşıyır. Ona görə də izləməyə gəldim. Təəssüratım isə çox yüksəkdir. Yarışı izləməkdən zövq alıram.

- Günay xanım, dəfilələrə cəsarətli paltarlarla çıxırsınız. Hətta dəfilələrin birində podiumda əlbisəniz düşdü, amma özünüzü itirmədiniz. Bu, özünüzə güvənməkdən xəbər verir, yoxsa...

- Bəli, əlbisə düşdü. Amma aman Allahım, vücudumu gördülər və s. düşünmək tamamilə qeyri-professionllıqdır. Podiumda əlbisəinin düşməsi normaldır. Hadisə baş verən zaman heç nə olmamış kimi işinə davam etməlisən. Elə olanda səni ürəkdən alqışlayırlar.

- Bəs, podiumda tamaşaçıların hiss etmədiyi hər hansı hadisə yaşamısınızmı?

- Xeyr, olmayıb. Dəfilələrdə baş verənləri tamaşaçılarımız görüblər. Onu da deyim ki, şükür Allaha səhnədə heç vaxt yerə düşməmişəm. Düşsəm belə vəziyyətdən çıxmağa çalışaram. Podium qəzaları hər zaman ola bilər.

- "Bəyaz Qərənfil" serialına çəkilmisiniz. Yeni sezonda sizi film və seriallarda görəcəyik?

- Təkliflər var, ssenarilər gəlib. "Bəyaz qərənfil" serialının yaradıcı heyəti yeni film çəkəcək. Film haqqında çox danışmaq istəmirəm, amma avqust ayında çəkilşlərimiz başlayacaq.

- Bir müddət əvvəl öd-kisəsi əməliyyatı keçirdiniz. Türkiyə mətbuatında münsif kürsüsündə əyləşdiyiniz "İşte benim stilim" verilişinə görə, stress yaşadığınız üçün əməliyyat masasına uzandığınız yazıldı...

- Bəli, mətbuatda verilişdə baş verənlərə görə, stress yaşadığım yazıldı. Amma əməliyyat stresdən baş verməmişdi, öd kisəmdə daş var idi. Sadəcə həmin vaxta təsadüf etdi. Heç cür yataqdan qalxıb, çəkilşlərə gedə bilməzdim, hərarətim 40 dərəcə olurdu. Verilişdə artıq hər şey səviyyəsizləşmişdi, özümü oraya yaraşdırmırdım.

- Stilist Fuad Hacıyevlə sosial şəbəkələrdə səmimi fotolarınız yayıldı, hətta sizin sevgili olduğunuz deyilir...

- Fuad ilə sevgili deyiləm. O, mənim neçə illik dostumdur, çoxdan tanıyıram. Bakıya gələndə görüşürük. Aramızda sevgi münasibətləri yoxdur. Sizcə elə bir hal ola bilərmi? Ümumiyyətlə, azərbaycanlı kişi ilə ailə qurmaq istəmirəm.

- Niyə?

- Azərbaycan kişilərinin xasiyyəti mənə çatmır. Nəinki evlənmək, sevgili belə olmaram. Düzdür, dostlarım, yəni ki, bacı-qardaş münasibətində olduğum dostlarım çoxdur. Dostluqda Azərbaycan kişiləri çox ürəkdirlər, qadın-kişi münasibətinə gəlincə, elə deyil. Hər şeyə qarışırlar.

- Aktyor Tolga Karel ilə ailə qurdunuz, amma evliliyiniz uzun çəkmədi. İkinci dəfə aktyor tərəfindən evlilik təklif edilərsə qəbul edərsiniz?

- Bəli, aktyorla evlənərəm. Niyə də olmasın? Amma yaxşı tanıdıqdan sonra evlilik təklifini qəbul edərəm. Loru dil ilə desək, ağzım bir dəfə yandı. Tolganı tanımadan evləndim.

- Həyat yoldaşınız olacaq insanda hansı kriteriyaların olmasını istərdiniz?

- Öncə evlənmək üçün tələsmərəm, dediyim kimi, o insanı yaxşıca tanıyaram. Mən 18-20 yaşında və yaxud da bekar qadın deyiləm ki, yalnız özümü fikirləşim. Mənim artıq övladım, karyeram var. Əlbəttə ki, ilk növbədə oğlum Cihangiri düşünürəm. Mənim həyatımda yalnız oğlumu, karyeramı qəbul edən, vicdanlı və yaxşı insan olacaq. İkinci dəfə ailə qursam qeyd etdiyim xüsusiyyətlərə sahib olan insanla evlənəcəm. Aşiq olduğum adamla evlənmək istəyirəm. Nə isə həyatdır, bizə nə göstərəcəyini bilmərik. Bu haqda böyük danışmayaq...

- Gələcək həyat yoldaşınızı necə xarakterizə edərsiniz?
- Mütləq idmanla məşğul olan insan olmalıdır. Bununla yanaşı baxımlı, köbəksiz, normal boya sahib olmalıdır. Məndən balaca olmasını istəmirəm. Çirkin olmasın... (gülür). Mədəniyyətli, savadlı, intellektual olmalıdır. Düşünürəm ki, sevgili olmadan öncə dost olmalısan, bir-birinizi başa düşməlisən. Bunlar çox önəmlidir. İnşallah qarşıma bu özəlliklərə sahib olan insan çıxarsa, sevə-sevə evlənərəm.

- Türkiyədə məşhur modellərdən birisiniz. Tanınmış insanlardan necə sevgi etirafları varmı?

- Üç ay əvvəl iki tanınmış aktyor tərəfindən ciddi evlilik təklifi aldım. Adlarını deməyəcəm. Yaxın rəfiqələrim bunu bilirlər. Biri daha çox populyardır və hamının sevdiyi bir insandır. O haqda heç nə deməyəcəm. Desəm aktyoru tanıyacaqsınız.

- Evlilik təklifini niyə qəbul etmədiniz?

- Hələ ki, evlənmək istəmirəm. İkincisi də təkrar ana olmaq mənim üçün tezdir, işimə daha çox vaxt ayırmaq istəyirəm.

- Tolga Karelin evlənməsini siz və oğlunuz necə qarşıladınız?

- Cinangir atanın nə olduğunu bilmir. Anaya çox bağlı uşaqdır. Mənə atası haqqında sual vermir. Tolganın evlənməsinə gəlincə bunu bilmirdim, maraqlanmamışam.

- Oğlunuz atasını axtarmır?

- Bu haqda danışmaq istəmirəm.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər