Müğənni Rəhim Rəhimli "ATV maqazin onlarla" verilişində "Hit parad"ın qonağı olub.
Teleqraf.com xəbər verir ki, ifaçı həmkarı Xatirə İslamın mahnısını bəyənməyərək "Hit parad"dan uzaqlaşdırıb.
Günel Zeynalovanın mahnısını onuncu sırada qiymətləndirən Rəhim Rəhimli həmkarı Kərim Abbasovun bəstəsini doqquzuncu sırada qərarlaşdırıb: "Kərim Abbasovu pop ifaçısı kimi görmək istəyirəm. Səhnəmizin ən yaraşıqlı kişi sənətçilərindən biridir".
Kərim iddia edirdi ki, Niyam Səlami Rəhim Rəhimlinin arxasınca olmazın sözlər danışıb. İfaçı gec də olsa bu haqda açıqlama verib: "Bu sənətçi dostlarımın heç biri ilə əlaqə saxlamıram. Hətta o qalmaqaldan sonra zəng də etmədim. Düşündüm ki, bu da keçər. Nələr yaşamadıq, nələr unudulmadı ki... Kim kiminlə duz-çörək kəsdi, bir-birinin evindən çıxmadı, sonra haqlarında nələr dedilər. Düşündüm ki, bu da onlardan biri..."
Nadir Qafarzadənin mahnısını 6-cı yerə layiq görən Rəhim Rəhimli həmkarının səsini Akif İslamzadənin səsinə bənzədib.
Müğənni son günlər sənətçilər tərəfindən tənqid edilən Miri Yusifi müdafiə edib: "Bəziləri səsini, bəziləri isə musiqi janrını bəyənmir. Məncə, bu qısqanclıq və paxıllıqdan irəli gəlir. Ona görə də Miri Yusifə deyilən iradların heç birini qəbul etmirəm".
Rəhim mərhum xalq artiti İlhamə Quliyevanın "Yaşın nə fərqi var" mahnısını ifa edən Rəqsanə İsmayılovanı dördüncü sıraya layiq görüb: "İlhamə xanım sağlığında heç kimə mahnılarını oxumağa imkan vermirdi. Bu mahnı xalqın qəlbində taxt-tac qurub. Təbrik edirəm, yaxşı oxuyub".
Rəhim birinci sıraya Elçin Cəfərov, ikinci Zülfiyyə Xanbabayeva, üçüncü sırada isə Brilliant Dadaşovanın ifasını layiq görüb.
Rəqsanə