24 İyun 2016 17:40
1 046
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mən həbs olunmamışam. Telefonumu hamı bilir, zəng edib, maraqlanmayıb xəbər yazırlar. Bu xəbərləri haradan götürürlər, kim fikirləşir, necə yazılır başım çıxmır”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında bu gün həbs olunması xəbəri yayılan rep ifaçısı Elşad Xose deyib.

“Belə bir hadisə olsa mən indi burda ola, sizinlə danışa bilməzdim. O xəbəri yazanda mənbəyi də qeyd etmək lazımdır. Hansısa idarə, bölmə açıqlama verməlidir. Bir sayt yazır ki, o biri saytın yazdığına görə... Belə xəbər yazarlar? Mən artıq belə xəbərlərə qeyri-ciddi yanaşıram. Tanınmış sayt deyilsə, fikir verməməyə çalışıram”.

Mediada yer alan xəbərə görə, Elşad Xoseni polislər saxlayıb. Hadisə iyunun 22-dən 23-nə keçən gecə Bakı şəhərində baş verib. Saxlanarkən Elşad Xosenin üzərində heroin maddəsinin aşkarlandığı iddia edilib.

Pərvin


Müəllif:

Oxşar xəbərlər