Azərbaycan sənət adamları dünən Türkiyənin Atatürk hava limanında baş verən terror hadisəsinə görə qardaş ölkəyə başsağlığı veriblər.
Teleqraf.com bir sıra məşhurların bu barədə sosial şəbəkələrdə yazdıqları statusları təqdim edir:
Faiq Ağayev: “Dünya, inqilab, müharibə, çaxnaşmalarda qalaq-qalaq pul qazananların qurbanı olur. Başın sağ olsun, Türkiyə!”.
Röya Ayxan: “Başın sağ olsun, Türkiyə!”.
Səbinə Babayeva: “İstanbulun Atatürk hava limanında inanılmaz terror hadisəsi baş verib. Allah bütün ölənlərə rəhmət eləsin! Bu müqəddəs Ramazan ayında faciəni törədənlərə Allahdan cəza diləyirəm”.
Tünzalə Ağayeva: “Səhər saatlarında İstanbula gələrkən, nə mənim, nə də başqasının ağlından bu dəhşət keçirdi. Hər şey an məsləsi... Pis niyyətli insanları, bu beyinsiz “zombilər”i kaş öncədən tanımağı bacarırdıq... Bir həqiqət var ki, son dərəcə diqqətli, həssas olmağı təəssüf ki, faciələrdən sonra düşünürük. Bir tərəfdən də pis qüvvələr təşkilatçılığı yaxşı bacarırlar. Allah terrora qarşı savaşan insanlara güc versin. Bu dəhşətə, terrora son qoy Allahım! Dünyamızı, evlərimizi salamat et! Başımız sağ olsun İstanbul!”.
Müğənni Azərin: “Həyatını itirən 36 vətəndaşımıza Allahdan rəhmət, yaralı olan vatandaşlarımıza şəfa diləyirəm. Hamımızın başı sağ olsun!”
Kənan M.M: “Allah terroru törədənlərə lənət eləsin”.
Oksana Rəsulova: “Yenidən Türkiyədə partlayış, terror hadisəsi baş verib. Mən daha heç nə deyə bilmərəm, yalnız göz yaşları…”.
Nigar Camal: “Evə gəldim və belə dəhşətli xəbəri izlədim. Mən səni sevirəm, Türkiyə! Sizin üçün dua edirəm!”.
Namiq Qaraçuxurlu: “Əbədi olmayan bu dünyada əbədiyyət eşqiylə yaşayan bəzi siyasətçilərin qurbanları, Allah sizə rəhmət eləsin!
Terror qurbanlarının, xüsusilə körpələrin ailələrinə səbr diləməyə adamın üzü də gəlmir. Bu əhya gecəsində dua etməkdən başqa əlimdən heç nə gəlmir”.
Abbas Bağırov: “Türkiyə dualarımız sizinlədir!”.
Murad Arif: “Yenə də terror, yenə də Türkiyə… Terrorçunun dini yoxdur! Olmaz! O, iblisə xidmət edir! Günahsız canları, silahsız adamları məhv edən şərəfsiz, Allahsızdır”.
Məlahət Abbasova: “Terroru lənətləyirik! Millətimizin başı sağ olsun”.
Rəqsanə