Oxşar xəbərlər
Çoxdandır efirlərdə görünməyən Səidə Sultan yerli şou-biznesdəki qalmqallardan danışıb.
Teleqraf.com xəbər verir ki, müğənni “Şoubiz+” verilişinə açıqlamasında xalq artisti Brilliant Dadaşova ilə aralarında olan soyuq münasibətdən danışıb:
“Hansısa tədbirdə yaşından asılı olmayaraq sənət yoldaşlarım məni görəndə üz çevirirsə, mən də eyni cür edirəm. Brillant Dadaşova neçə ildir ki, sənətdədir. Bir neçə dəfə salam verdim, almadı. Mən də artıq onunla rastlaşanda salam vermirəm”.
B.Dadaşova Teleqraf.com-a açıqlamasında Səidə Sultan adlı müğənnini tanımadığını deyib:
“Səidə Sultan kimdir? Mən elə müğənni tanımıram”.
Aytən Həsənova