Dünyaca məşhur müğənni Beyons Şotlandiyadakı konserti zamanı polis tərəfindən fanatlarının öldürülməsinə reaksiya verib.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Beyons sosial şəbəkədə polis tərəfindən öldürülən fanatları - Alton Sterlinq və Philando Castil üçün aksiya təşkil edilməsini istəyib. Beyonsun bu mesajına insanlar tərəfindən dəstək gəlib. Ancaq bir müddət sonra Dallasdakı silahlı insident zamanı 5 polisin öldürülməsində ifaçını günahkar bilənlər də olub.
34 yaşlı ifaçı Şotlandiyada konsertində Alton Sterlinq və Philando Castilin ekranda adlarını açıqlayıb və polis zorakılığına diqqət çəkib.
Rəqsanə