Müğənni Səidə Dadaşova bir müddət əvvəl Türkiyədə evlilik proqramına qatılan anası Sədaqət Dadaşova haqqında danışıb.
Teleqraf.com xəbər verir ki, ifaçı “Atv maqazin onlarla” verilişində anasının evlilik verilişinə qatılmasına belə münasibət bildirib: "Anam gözəl aktrisadır. Ora getməkdə məqsədi seriallara, filmlərə çəkilmək idi. Amma başqa bir mövzuya çevirdilər".
İfaçı şəxsi həyatı haqqında yayılan şayiələrə də aydınlıq gətirib: "Mən ailə qurmuşam. Çox xoşbəxtəm. Gözəl övladım var, bundan artıq nə xoşbəxtlik ola bilər… Kimsə məndən danışanda öz nəslinə baxsın!".
Səidə Dadaşova aparıcı-müğənni Murad Arifə də ismarıc göndərib: "Murad mahnı oxumaqla yox, aparıcılıqla məşğul olsa, daha yaxşıdır".
Rəqsanə