12 İyul 2016 14:18
907
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun vərəsəlik hüququ tanınmadı.

Teleqraf.com Orxan Nadirovun vəkili Habil Vəliyevlə əlaqə saxlayıb. Vəkil məhkəmənin təxirə salındığını deyib: “Orxan Nadirovun vərəsəlik hüququ haqqında məhkəmə qeyri-müəyyən vaxta qədər təxirə salınıb”.

İlhamə Quliyevanın qohumu Əli Mirəliyev isə Orxan Nadirovun vərəsəlik hüququna sahib olmağa haqqı olmadığını deyib: “Hüquqi sənədi olmayan adam nə vərəsəlik hüququ tələb edə bilər? Məhkəmə ona necə vərəsəlik hüquqi verə bilər? Orxan İlhamənin bacısının da oğlu deyil, xalasının nəvəsidir. Nadirov Orxan Əhmədağa oğlunun İlhamə Quliyevaya nə aidiyyatı var? Orxan sadəcə qohumdur, İlhamə elə uşaq doğmayıb. Onun hüquqi cəhətdən İlhaməyə heç bir aiddiyyatı yoxdur. Lazım olsaydı, İlhaməyə sağlığında Orxanı adına keçirərdi. Amma elə etmədi. Çünki Orxandan qorxurdu, onun əlindən qaçırdı.

Onun hüquqi cəhətdən Quliyeva Gübahar Məzahir qızı, Quliyeva İradə Məzahir qızı adlı iki bacısı var. Məhkəmə üçün bu, kifayətdir. İlhaməni öldürən də elə Orxandır. Necə desin ki, İlhaməninin malına sahib olmaq üçün onu mən öldürmüşəm? İlhamə ölüm öncəsi Orxanın anasına zəng etdi ki, oğlunu buradan rədd elə, yoxsa onu, səni, həyat yoldaşını, Arifəni tutduracam. Məndən əl çəkin, rahat yaşayım”. Çünki Orxan İlhamədən pul almaq üçün şantaj edirdi. Zəng edib, onu narahat edirdilər, qorxudurdular. Ona görə İlhamənin ürəyi partlayıb öldü. İlhamə bundan sonra 10 il də yaşayacaqdı. O, alçaqlar, vicdansızlar böyük sənətkarı öldürdülər. Vəkil Orxandan 5-10 manat pul alır və cinayətkarı dəstəkləyir. Elə deyil axı. Hələ siz görəcəksiniz ki, oyuna kimlər çıxacaq. Siz çox şeyləri bilmirsiniz.

İlhamə hər gün yuxuma gəlir və deyir ki, Alek mənim evimi əlimdən almasınlar, anamın mülkünə sahib olmasınlar. Mən və qızım Samirə hər zaman onun yanında idik. Öləndə yanında mən yoxsa Orxan var idi? Biz sadəcə efirdə bu haqda danışmamışıq. Qızım və mən tez- tez İlhamənin məzarına gedirik, ağlayırıq”.

İlhamə Quliyevanın bacısı Gülbahar Quliyeva da varislik hüququnu təsdiq etmək üçün məhkəməyə müraciət etdiyini deyib: “Mən mirasdan pay almaq üçün deyil, İlhamə xanımın doğma bacısı kimi, qanuni varisliyimi təsdiq etmək üçün məhkəməyə müraciət etmişəm. Orxan Nadirovun vərəsəliyinə gəlincə isə dövlətimizin qanunu var. Orxan Nadirov İlhamənin 40 mərasimindən sonra bir dəfə də olsun bizim ailəyə gəlmədi. Biz onu İlhamənin qohumu kimi qəbul etmişdik. İlhamənin ölümündən sonra Orxan məhkəmələri gəzir. İlhamə xanımla aramızda olan narazılığa gəlincə, Bacılar arasında kiçik problem olur. İlhamə xanımın ayağı sınanda iki ay mənim evimdə qaldı, onu niyə demirlər. Onlar o zaman harada idilər? Onlara ayıb olsun!”.

Aylin


Müəllif: